Donor südü


Süd anası rolunda çıxış edən qadının körpəsinin böyük olduğu aylar ilə süd qəbul edən körpənin ayları fərqlənərsə, donor ana südünü istifadə etmək mümkündürmü? (tutalım, donor ananın körpəsinin 11 ayı, südü qəbul edən körpənin isə 2 ayı var). Bu süd körpənin ayına uyğun olmadığından onun bütün ehtiyaclarını ödəyəcəkdirmi? Yoxsa süni qida daha məqsədəuyğundur?

Qeyd edilən suallara və şübhənələri aradan qaldırmaq üçün dünyada ilk dəfə olaraq Kanadada ana südü klinikasının banisi olan, pediatr Dr. Jack Newman aydınlıq gətirir:
Davamı →

Əmizdirmə zamanı kürlük edən körpə

Bəzi körpələr, əmizdirmə zamanı kürlük edir, ağlayır və ya döşdən imtina edirlər. Bunun baş verməsinin bir sıra səbəbləri var. Bu hal, adətən körpə 6-8 həftəlik olduqda müşahidə olunur. Lakin, bu istənilən ay baş verə bilər. Körpə döşdə olarkən kürlük etdikdə və ya hər hansı bir ana uşağının əmizdirmə zamanı niyə kürlük etdiyini soruşduqda, mən aşağıdakılara nəzər salıram:

Körpə neçə aylıqdır?
Bir çox körpələr, həyatının ilk günləri və ya 7-10 günlüyündə, 4-6 həftəliyində, 3 ayında, 4 ayında, 6 ayında, 9 ayında və s., inkişaf sıçrayışlarından keçir. Bir çox uşaqlar inkişaf sıçrayışları zamanı kürlük edir.

Davamı →

Körpənin göbəyinə necə qulluq etməli?

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin klinik protokoluna əsasən yeni doğulmuş körpələrin göbək güdülünün təmiz və quru saxlanılması kifayətdir, hər hansı vasitələrlə işlədilməsinə ehtiyac yoxdur. Yenə də hər şeyi nəzərə alaraq profilaktik olaraq 70%-li spirtlə təmizlənməsi tövsiyyə oluna bilər. Qısaca olaraq desək, göbək güdülünü çox sayda məhlullar (perekis, zelyonka, ksereform və s.) ilə təmizləməyə, boyamağa ehtiyac yoxdur.

Göbək güdülünü təmiz və quru saxlasanız öz-özünə quruyub düşəcək və daha tez sağalacaqdır. Göbək güdülünün təmiz və quru qalması üçün bezi bağlayarkən göbək kordonunun çöldə (bezdən kənarda) qalmasına xüsusi diqqət edin ki, sidik və nəcis korpənin göbəyini bulamasın.
Davamı →

Körpənizi “Qəfil Ölüm Sindromu"ndan qoruyun

Bu sindromun səbəbləri elmə hələ də dəqiq məlum deyil, şübhəli faktorlar mövcuddur ki, onların qarşısını almaqla körpənizi bu təhlükədən qoruya bilərsiniz.

Valideynlər körpə qəfil ölüm halının qarşısını almaq və azaltmaq üçün öncədən bir sıra tədbirləri görə bilərlər:

— Hamilə olarkən siqaret çəkməyin.
— Körpəniz olan otaqda heç kimə siqaret çəkməyə izn verməyin.
— Körpənizi yatağına kürəyi üstə qoyun. Qarnı və böyrü üstə qoymayın.
— Körpəniz yatarkən həmişə onun başını və üzünü açıq saxlayın, heç bir şeylə örtməyin.
Davamı →

Qız uşaqlarının intim gigiyenası


Hətta qadın anatomiyasından kifayət qədər məlumatı olmayan valideynlər belə bu qaydalara mütləq şəkildə riayət etməlidirlər.

1. Cinsiyyət üzvlərinin gündəlik təmizlənməsində adi axar sudan (bu zaman suyun tempraturu bədənin tempraturuna uyğun olmalıdır – təxminən 34-36 dərəcə C) istifadə olunmalıdır. Sudan istifadə etmək mümkün olmadığı vaxtlarda isə körpələr üçün məxsusi istehsal olunan, tərkibində spirt və müxtəlif antiseptiklərin olmadığı “nəm salfetlərdən” istifadə etmək olar. Kosmetik yuyunma vasitələrindən isə ən çoxu gündə bir dəfə, ən yaxşısı isə həftədə 2-3 dəfədən çox olmadan istifadə olunması məsləhətdir.

2. Kosmetik yuyunma vasitəsi kimi müxtəlif yaşda körpələr üçün nəzərdə tutulmuş adi maye sabundan istifadə etmək olar.
Davamı →

“Kenquru qayğısı” üsulu

Küvezə salınacaq olan ağır xəstə və ya vaxtından əvvəl doğulmuş körpələrə istilik vermək üçün bədən-bədənə təmas “kenquru qayğısı” üsulu adlanır. Artıq dünyanın bir çox ölkələrində, neonatal ölümlərin faizini azaltmaq məqsədilə xəstəxanaların neonatal şöbələrində bu üsuldan istifadə olunur. Bu üsul, körpələr və onların ailələrinə güclü və müsbət təsir göstərir.

Kenquru üsulu ilk dəfə 1980-ci illərin əvvəllərində Kolumbiyanın paytaxtı Boqotada tətbiq edilmişdir. Çünki, vaxtından əvvəl doğulmuş körpələrin əksəriyyəti infeksiyalar və respirator problemlərdən dünyasını dəyişirdi.

Vaxtından əvvəl doğulmuş körpələri sutkada 24 saat analarının qucağına qoyurdular. Analar körpələri ilə yatır və onları, sanki kenquru öz balasını kisəsinə salırmış kimi paltarlarının içinə salırdılar. Körpəyə oksigen lazım olduqda, ananın sinəsinə oksigen başlığı qoyulurdu. Bu gün, Boqotada vaxtından 10 həftə əvvəl doğulmuş körpələr 24 saat ərzində evlərinə buraxılır.
Davamı →

Tandem əmizdirmə

Tandem əmizdirmə – ananın eyni zamanda 2 körpəni əmizdirməsidir. Əksər hallarda, uşaqlardan biri o birindən bir yaş böyük olur, bəzən isə uşaqlar arasında yaş fərqi 2 və daha çox olur. Kimsə bir qadının tandemlə süd əmizdirdiyini eşidəndə deyə bilər ki, “Sənə medal düşür!” və ya “Doğurdan!? Bu nəyə lazımdır ki!?”.

Bu məsələdə hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir. Tandem əmizdirməyə qərar vermiş ana başa düşməlidir ki, bu, ilk baxışda göründüyündən daha asandır. Lakin, bir neçə mühüm məqamı nəzərə almaq lazımdır:

♦ Yaxşı olar ki, hələ hamiləlik zamanı böyük uşağı tandemə hazırlayasınız. Tezliklə evə yeni körpənin gələcəyini və ananın südünü yeyəcəyini ona izah etmək lazımdır (çünki o hələ şorba və sıyıq yeyəcək qədər kiçikdir). 
Davamı →

Göbək ciyəsinin kəsilməsini gecikdirməyin faydaları

Göbək ciyəsi – embrionu, daha sonra dölü bətndə cift vasitəsilə ana orqanizmlə birləşdirən xüsusi bir üzvdür. Onun uzunluğu 50-70 sm və daha artıq ola bilir. Bu da dölün ana bətnində sərbəst hərəkət etməsinə imkan yaratmış olur. Göbək ciyəsinin qalınlığı yeni doğulmuşda 2 sm olur. Bu müvəqqəti orqan karbon qazı, metobolizm maddələrilə zəngin qanı ciftə çatdırır. Doğuşdan sonra kəsilərək göbək büküşünün əmələ gəlməsində iştirak edir. 

Cift və göbək ciyəsi, belə desək körpənin xarici qan dövranı sistemidir. Körpə anadan olandan sonra onun qanının təxminən üçdə bir hissəsi hələ də xarici qan dövranı sistemində mövcud olur. Lakin doğuşdan sonra bu qan körpənin bədəninə yol tapır. Amma göbək ciyəsinin doğuşdan dərhal sonra kəsilməsi qanın körpənin bədəninə köçməsi prosesə mane olur. Göbək ciyəsinin tez bir zamanda kəsilməsi praktikası 1960-cı illərin standartlarına uyğundur. Həmin dövrdə tibb hesab edirdi ki, tezliklə kəsilən göbək ciyəsi analarda doğuşsonrası qanxamaları azalda bilər. Sonralar aparılan araşdırmalar isə bunu təsdiq etməsə də bu praktika hələ də davam etməkdədir. 
Davamı →

Körpələrin tərləməsi haqqında 11 fakt

1. Tərləmə normal bir haldır. Tərləməmə isə bir xəstəlikdir.

2. İnsanda hərəkət və ya artıq güc sərf etməklə bağlı bədəndə enerji əmələ gəlir. Bu enerji tər vasitəsilə bədəndən xaric olunur və bununla da bədənimiz soyuyur. Tərləmə bir növ bizim bədənimizin “soyuma” sistemidir. Təbii ki, körpələr də bu vəziyyətdən istisna deyillər.

3. Burada diqqət edilməli olan xüsusiyyət bundan ibarətdir ki, körpənin tər vəziləri əllərində, ayaqlarında və başında daha çoxdur. Buna görə də körpələr bu nahiyələrdən daha çox tərləyirlər. Bu normal haldır. Bu nahiyələr tərlədikdən sonra təbii olaraq soyumağa başlayır və bu zaman valideynləri narahat edən “körpəmin başı, ayağı, əlləri çox tərləyir və sonra da buz kimi olur” şikayəti ortaya çıxır. Buradan əziz valideynlərə demək istəyirik ki, əgər uşağın müayinəsi normaldırsa, körpələrdə bu halın baş verməsi hər hansı bir xəstəliyin əlaməti deyildir və bu orqanizmdə gedən normal fizioloji prosesdir.
Davamı →

Əmizdirmə mövqeləri (II hissə)

Əmizdirmə zamanı istifadə olunan digər mövqeləri sizə təqdim edirik.

1. «Futbol topu» mövqeyi
Uşağın əmizdirilməsi üçün rahat hesab edilən daha bir mövqe vardır ki, bu zaman uşaq ananın yan tərəfində saxlanılır, sanki onun qoltuğunun altından «boylanır». Bu vəziyyət, onun əmizdirilməsinə kifayət qədər rahatlıqla nəzarət etməyə imkan verir. Bu mövqedə uşağın başını daha rahatlıqla saxlamaq olur və uşaq ananın döşünü daha dərin və daha keyfiyyətli şəkildə götürür.

Bundan əlavə, bu mövqedə əmizdirilmə zamanı, uşaq ananın döşünün aşağı və qoltuqaltı hissəsinə yaxın paylarını (bu, ən böyük seqmentlər hesab olunur) daha yaxşı «boşaldır». Buna görə də bu mövqe döşün məhz bu hissəsində süd durğunluğunun profilaktikası üçün daha xeyirli hesab olunur. Bu əmizdirmə zamanı uşağın bədəninin altına yastıq da qoymaq lazımdır. Qoltuq altından əmizdirmə pozisiyası Qeysəriyə kəsiyinə məruz qalmış analar üçün daha rahat hesab olunur, çünki bu halda uşaq ananın qarnına təzyiq etmir.


Ardı →